Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

“Əli və Nino”da Həftəsonu Kitab Klubu Görüşləri Baş Tutdu

28 sentyabr tarixində “Əli və Nino”nun Crescent Mall filialında uşaqlar və böyüklər üçün maraqlı kitab klubu görüşləri keçirildi.

Günün ilk yarısında saat 11:30-dan 12:45-ə qədər uşaqlar üçün təşkil olunan kitab klubu görüşü böyük maraqla qarşılandı. Kiçik oxucular sevdikləri kitablar ətrafında fikir mübadiləsi apararaq həm öyrəndilər, həm də əyləndilər.

Daha sonra, saat 13:00-dan 14:15-ə qədər “Ali and Nino” kitab klubunun ingilis dilli oxucuları bir araya gələrək seçilmiş əsər üzərində maraqlı müzakirələr apardılar.

Azərbaycan dilində keçirilən ikinci görüş saat 14:30-da başlayıb 15:45-ə qədər davam etdi. Bu görüşdə iştirakçılar ədəbiyyat və oxu vərdişləri haqqında fikirlərini paylaşdılar.

Günün sonuncu tədbiri isə rus dilində keçirildi. Saat 16:00-dan 17:15-ə qədər davam edən bu görüş də fəal müzakirələrlə yadda qaldı.

Tədbirlər boyu iştirakçılar kitab oxumağın önəmi, seçilən əsərlərin mövzusu və yazıçıların üslubu barədə maraqlı fikirlər səsləndirdilər.