Crescent Mall-un 4-cü mərtəbəsində yerləşən “Ali və Nino” kitab mağazasında avqustun 24-də saat 13:00-da kitabsevərlər bir araya gəldilər. Klubun bu dəfəki seçimi Gabrielle Zevinin oxucular arasında böyük maraq doğuran “Tomorrow, and Tomorrow, and Tomorrow” romanı idi. Görüş zamanı əsərdə toxunulan dostluq, yaradıcı əməkdaşlıq və insan münasibətlərinin incəlikləri barədə maraqlı müzakirələr aparıldı. İştirakçılar həm kitabın süjetini, həm də onun yaratdığı emosional təsirləri bölüşərək ədəbi mühitdə canlı dialoqa səbəb oldular.