İngilis Dilli Kitab Klubunun Növbəti Görüşü Keçirildi
11 may tarixində İngilis Dilli Kitab Klubunun növbəti görüşü baş tutdu. Bu dəfə müzakirə edilən kitab Donna Tarttın məşhur əsəri "The Secret History" oldu. Klub üzvləri əsərin mürəkkəb süjet xətti, personajların psixoloji inkişafı və sirli hadisələr ətrafında geniş müzakirələr apardılar.
Görüş zamanı iştirakçılar kitabın elitizm, dostluq və mənəvi dəyərlər üzərində qurulan sirli atmosferini analiz etdilər. Xüsusilə, müəllifin hadisələri geriyə dönüşlərlə izah etməsi və oxucunu gərginlik içində saxlaması üzərində maraqlı fikirlər irəli sürüldü.
Sonda iştirakçılar öz təəssüratlarını bölüşərək, əsərin düşünməyə vadar edən tərəflərini müzakirə etdilər. Növbəti görüş üçün seçiləcək kitab isə artıq maraqla gözlənilir.