Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Rus dilində "Əli və Nino" kitab klubunun May görüşü baş tutdu

"Ali and Nino Book Club"da Soseki Natsumenin məşhur romanı müzakirə olundu

25 may tarixində saat 13:00-da "Ali and Nino Book Club"un rusdilli oxucular üçün təşkil olunan növbəti görüşü baş tutdu. Bu dəfə müzakirə üçün yapon ədəbiyyatının klassik nümunələrindən biri – Soseki Natsumenin “Ваш покорный слуга кот” (“Sizin itaətkar qulunız, Pişik”) adlı əsəri seçilmişdi.

Oxucular yazıçının unikal üslubu, incə yumoru və insan münasibətlərini pişiyin dili ilə təsvir etməsi ətrafında maraqlı fikir mübadiləsi apardılar. Roman yapon cəmiyyətinə fərqli bir baxış təqdim etdiyi üçün iştirakçılar arasında geniş müzakirələrə səbəb oldu.

"Ali and Nino Book Club" rusdilli oxucularını mütəmadi görüşlərdə bir araya gətirərək klassik və müasir ədəbiyyat nümunələri üzərində birgə düşünmək, müzakirə etmək və yeni perspektivlər qazanmaq imkanı yaradır.

 

Görüşdən fotolar:

17f5851d-3ce5-4b46-955a-5ce92843e3f0.jfif 62224ae5-85fe-4d90-bef7-2568bd3f1dad.jfif

 

Digər paylaşımlar