Erik Emmanuel Şmitt
Erik-Emmanuel Şmitt – fransalı və belçikalı yazıçı və dramaturqdur. Şmitt 28 mart 1960-cı ildə Fransanın Sen-Fua-Le-Lion şəhərində dünyaya gəlmişdir.
Onun pyesləri dünyanın 30-dan çox ölkəsində tərcümə olunub və tamaşaya qoyulub. Gəncliyində özünü aqnostik sayıb. Yaşlandıqdan sonra xristianlığı qəbul edib. Şmitt ilk ssenarisini 1991-ci ildə yazıb. “Valon gecəsi” filmi həm Fransa, həm də ölkə xaricində tamaşaya qoyulub. Ancaq ona daha çox ikinci – “Ziyarətçi” adlı tamaşası şöhrət gətirib. Ziqmund Freydlə Tanrı arasında uydurma dialoq haqqında olan tamaşasına görə 1993-cü ildə Molyer mükafatına layiq görülüb. Dünyanın müxtəlif dinləri onun yaradıcılığında geniş tərənnüm olunur (Tibetdə Buddizm, Müsyö İbrahim və Quran inciləri, Oskar və Çəhrayı Xanım – Xristianlıq, Nuhun uşaqları) 2001-ci ildə “Başqa taley” adlı roman kəskin tənqid atəşinə məruz qalıb. Həmin əsərdə iki paralel dünya təsvir olunur. Bir aləmdə 1908-ci ildə Adolf Hitler Vyana Təsviri İncəsənət akademiyasının qəbul imtahanından uğurla keçir. Nəticədə diktatora çevrilmir və ikinci dünya müharibəsi baş vermir. Digər aləmdə isə real tarixi hadisələr xülasə olunur. 2001-ci ildə Şmitt Fransa akademiyasının teatr mükafatına layiq görülüb. 2004-cü ildə “Müsyo ibrahim və Quran inciləri” əsəri ekranizasiya edilib, baş rola Ömər Şərif çəkilib.
Erik-Emmanuel Şmittin kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.