Frensis Skott Fitscerald
ABŞ yazıçısı Frensis Skott Fitscerald 24 sentyabr 1896-cı ildə Minnesota ştatının Sent-Pol şəhərində, imkanlı katolik irland ailəsində dünyaya gəlmişdir.
Sonunda işini buraxaraq valideynlərinin yanına dönür. Burada o, çapa buraxılmayan "Romantiq eqoist" romanının əlyazmaları üzərində yenidən işləyir. 26 mart 1920-ci ildə roman "Cənnətin bu tərəfində" (ing. This Side of Paradise) adıyla işıq üzü görərək ona şöhrət qazandırır. 3 aprel 1920 ci ildə nəhayət Skott Fitscerald öz romanındakı Rozalindanın prototipi olan Zelda Seyr ilə evlənir. 1930 cu ildə Zelda sinir sarsıntısı keçirir, bundan sonra ömrünün axırına qədər şizofreniyadan əziyyət çəkir. Bunun təsiri altında 1934 cü ildə Skott Fitscerald "Nəvazişli gecə" (ing. Tender is the Night) romanını yazır.
1939 cu ildə Skott Fitscerald Hollivud həyatından bəhs edən "Sonuncu Maqnat" (The Last Tycoon, 1941) romanını yazmağa başlayır. Roman yarımçıq qalır.
21.12.1940 tarixində Frensis Skott Fitscerald ürəktutmasından - infarktdan Hollivudda vəfat edir.
Skott Fitsceraldın kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.