Mümin Sekman
Yazıçı, məsləhətçi və şəxsi inkişaf mütəxəssisi olan Mümin Sekman İstanbulda dünyaya gəlmişdir.
Yazıçı, məsləhətçi və şəxsi inkişaf mütəxəssisi olaraq Türkiyədə öz sahəsində uğurlu adlardan biridir. Liderlərə, sənətçilərə və iş adamlarına məsləhət xidmətləri göstərir.
Mümin Sekman 21 yaşında "Ya bir yol tap, bir yol aç, ya da yoldan çıx" adlı ilk kitabını nəşr etdirib .
Şəxsi inkişaf sahəsində kitablar yazmağa davam edən müəllif ikinci kitabı “ Fasiləsiz Öyrənmə”ni nəşr etdirdi.
Son 10 ildə sahədəki uğurlu fəaliyyəti ilə 40 vilayətdə təşkil etdiyi seminarlarda 55 mindən çox iştirakçı olub.
Mümin Sekmanın "Hər şey səninlə başlayır" kitabı il ərzində 400.000 satışla ən çox satılan uğur kitabı oldu.
Mümin Sekmanının kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.