Biznes şəriki olan iki gənc kişi istirahət etmək üçün ailələri ilə birgə İspaniyaya gəlir. Ən məşhur hotellərin birində qonşu nömrələr götürürlər. Amma burada inanılmaz hadisələr baş verir. Bir-biri ilə ailəvi dost olan ailə başçıları bir-birinin açılıb-ağardılması mümkün olmayan sirrini bilir. Amma ailələr arasındakı gizli əlaqə nədən ibarətdir? Qırılmış əlaqə nə deməkdir? Bu suallar hoteldəki sirli qətldən sonra aktuallaşır. Şəriklərdən biri restoranda detektiv Dronqo ilə qarşılaşır və sərxoş vəziyyətdə hər şeyi açıb danışır. Bildirir ki, şəriki ilə qarşılıqlı razılıq əsasında arvadlarını dəyiş-düyüş ediblər və bu svinger əlaqəsi onu dərindən sarsıdıb. İş elə gətirir ki, Dronqo gecələməsi üçün biznesmenə nömrə götürür, səhər isə kişinin meyiti həmin otaqdan tapılır. İşə ispan polisi qarışır, əsas şübhəli Dronqodur və bu işin içindən çıxmaq üçün əlindən gələni etməlidir. Bəs qatil kimdir? Ərinə nifrət edən həyat yoldaşı, ondan necəsə qisas almağa çalışan şəriki, şərikinin cinsi əlaqədə olduğu arvadı, kürəkəni, qızı, yoxsa başqa biri?
ISBN:
9789952313857
Janr:
Detektiv
Nəşriyyat:
Teas Press
Cild:
Yumşaq
Müəllif:
Çingiz Abdullayev
Səhifə sayı:
212
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 8
Çingiz Mustafayev hadisələri çox yaxşı təsvir edib, hadisələr çox real görünürdü. Süjetin inkişafı gözlənilməz və maraqlı idi.
Bu dedektiv əsəri mənim ən sevdiyim kitab oldu. Çoxlu maraqlı məqamlar və təfərrüatlar var.
Çingiz Abdullayevin bu əsərləri gərgin və həyəcan doludur. Hər səhifəsi mənə daha çox maraqlı gəldi.
Kitabın atmosferi və personajları məni tamamilə özünə çəkdi. Çox maraqlı idi.
Bu kitabı oxuyanda, onun dilindəki təsirə düşdüm. Hər bir sətirdə onun zəngin və incə dilini oxumaq həmişə mənim üçün bir zövq oldu.
Heyranlıqla oxudum. Hər səhifədə yeni bir maraqlı ideya ilə qarşılaşdım. Abdullayev, oxucunu müəyyən edici bir təcrübə ilə təmin edir.
Abdullayevin əsərləri geniş spektrumdakı məsələləri tədqiq edir, özəlliklə də insan psixologiyası, milli mənsubiyyət.
Abdullayevinin detektiv romanları həyəcanlı və dərin düşüncəlidir. O, ağlını izahatların, qətllərin, qəzaların sirlərinə gətirir.
Bənzər məhsullar
Bununla birlikdə alırlar