Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Balacalarla “Mani”nin izində: “Əli və Nino”da pul əlifbası müzakirəsi

24 avqust tarixində “Əli və Nino”nun Crescent Mall filialında təşkil olunan Uşaq Kitab Klubunun növbəti görüşü balaca oxucular üçün həm maarifləndirici, həm də əyləncəli anlarla yadda qaldı. Görüşdə bu dəfə alman yazıçı Bodo Şaferin məşhur “Mani adlı bir it – Uşaqlar üçün pul əlifbası” kitabı müzakirə edildi.

Tədbirdə uşaqlarla birlikdə valideynlər də iştirak edərək maliyyə savadlılığının erkən yaşlardan öyrədilməsinin vacibliyi barədə fikir mübadiləsi apardılar. Maraqlı müzakirələr, interaktiv sual-cavab sessiyaları və oyunlarla zənginləşdirilən tədbirdə uşaqlar həm kitabdan öyrəndiklərini bölüşdülər, həm də pulun dəyəri, qənaət və düzgün xərcləmə barədə yeni biliklər əldə etdilər.

Kitabda baş qəhrəman olan balaca it Mani vasitəsilə uşaqlara pulun mahiyyəti sadə və anlaşıqlı dillə izah olunur. Tərcüməçi Aygül Hacıyevanın dilimizə uyğunlaşdırdığı bu əsər balaca oxucular üçün maliyyə mövzusunu sevdirərək əhəmiyyətli bir resursa çevrilib.

“Əli və Nino” Uşaq Kitab Klubu bu cür görüşlərlə uşaqlarda oxu vərdişlərini inkişaf etdirməyi və onları həyat bacarıqları ilə zənginləşdirməyi qarşısına məqsəd qoyur. Növbəti görüşlərdə iştirak etmək üçün valideynlər sadəcə qeydiyyatdan keçməklə övladlarını bu faydalı təşəbbüsə qoşula bilərlər.

Digər paylaşımlar