Klubun məqsədi oxucular arasında müxtəlif dillərdə ədəbiyyat müzakirələrini inkişaf etdirmək və beynəlxalq kitab təcrübəsini genişləndirməkdir.
Uşaq kitab klubunda bu ay Neil Gaiman-ın “Qəbiristanlıq kitabı” əsəri müzakirə olunacaq.
Azərbaycan dilli qrup Qahirədə kitab mağazası və onun sahibəsi haqqında olan Nadia Wassef “Qahirədə bir kitabçı” əsərini oxuyacaq.
Rus dilli oxucular üçün seçilən kitab Nadia Wassef “Qahirədə bir kitabçı” olacaq.
İngilis dilli qrup isə Freida McFadden-in məşhur psixoloji trilleri “Qulluqçu” kitabını müzakirə edəcək.
Klub nümayəndələri bildiriblər ki, bu seçimlər müxtəlif mədəniyyətləri və oxu zövqlərini bir araya gətirərək daha zəngin müzakirə mühiti yaratmağı hədəfləyir.