Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

"Əli və Nino" Kitab Klubu May ayında nələr oxuyur?

Əli və Nino kitab mağazasının May ayına dair kitab klubu görüşləri bir-birindən maraqlı seçimlərlə zəngindir. Hər yaş və maraq dairəsinə uyğun təşkil olunan bu tədbirlər ədəbiyyatsevərləri bir araya gətirmək və oxuma vərdişini təşviq etmək məqsədi daşıyır.

📚 10 May, saat 15:00 – BookClub seçimi (Azərbaycan dilində)
Bu ayın ilk görüşü ədəbiyyat dünyasının tanınmış simalarından biri olan Harper Li-nin “Get Gözətçi Təyin Et” romanı ilə baş tutacaq. "To Kill a Mockingbird"in davamı sayılan bu əsər oxucuları 1950-ci illərin Amerikan cəmiyyətinə aparır.

 

📚 11 May, saat 11:00 – Uşaq Kitab Klubunun seçimi
Britaniya Səfirliyinin dəstəyi ilə keçirilən bu görüşdə balaca oxucular Ceyn Ostinin klassik əsəri “Qürur və Qərəz” ilə tanış olacaqlar. Sadələşdirilmiş və rəngarəng şəkildə təqdim olunan bu versiya uşaqlar üçün həm maarifləndirici, həm də əyləncəli olacaq.

 

📚 11 May, saat 15:00 – Ali and Nino Book Club (İngilis dilində)
Mayın 11-də isə ingilisdilli oxucular üçün Donna Tartt-ın kult romanı “The Secret History” müzakirə ediləcək. Psixoloji dərinliyi və gerilim dolu süjet xətti ilə seçilən bu əsər intellektual diskussiyalar üçün zəmin yaradacaq.

 

📚 25 May, saat 13:00 – Ali and Nino Book Club (Rus dilində)
Mayın 25-də isə rusdilli oxucular üçün Soseki Nacumenin romanı “Ваш покорный слуга кот” müzakirə ediləcək. 

Bütün görüşlər “Əli və Nino” kitab mağazasının Crescent Mall, 4-cü mərtəbəsində keçiriləcək. Oxumağı sevən hər kəs dəvətlidir!

44e54f1e-8874-4bfe-9ee4-af3af8e0bb43.jfif 70bc4c8f-3942-41fc-a4a9-0fcd43b12dc8.jfif 96fba1c9-9cc8-4b91-8edb-639b94bdb260.jfif c5aa7801-e492-4ce9-82d6-d8f56f7c85ce.jfif

Məqalədə qeyd olunan məhsullar
6.21 AZN 7.30 AZN
Ваш покорный слуга кот
ədəd
10.32 AZN 12.90 AZN
Get gözətçi təyin et
ədəd
17.77 AZN 20.90 AZN
Ваш покорный слуга кот
ədəd
32 AZN 64 AZN
The Secret History
ədəd
8.79 AZN 10.99 AZN
Qürur və qərəz
ədəd
21.60 AZN 24 AZN
The Secret History : From the Pulitzer Prize-winning author of The Goldfinch
ədəd