✅ “Əli və Nino” Kitab Klubunda Yellowface müzakirəsi uğurla baş tutdu
15 iyun saat 12:30-da, “Əli və Nino” Crescent Mall filialında Kitab Klubunun növbəti görüşü keçirildi. Bu dəfə klub üzvləri R. F. Kuangın səs-küy doğuran romanı Yellowface ətrafında maraqlı və dərin müzakirə apardılar.
Görüşdə Böyük Britaniyanın Azərbaycandakı Səfiri cənab Fergus Auld və Braziliyanın Azərbaycandakı Səfiri cənab Manuel Montenegro da iştirak etdi.
Görüş zamanı oxucular romanın mədəni mənimsəmə, kimlik və nəşriyyat sənayesinin qaranlıq tərəfləri kimi mövzularını geniş şəkildə analiz etdilər. Müxtəlif baxış bucaqlarının bölüşüldüyü tədbirdə iştirakçılar həm intellektual, həm də səmimi bir mühitdə fikir mübadiləsi etdilər.
📍 Görüş Crescent Mall-un 4-cü mərtəbəsində yerləşən “Əli və Nino” kitab kafesində baş tutdu və kitabsevərlər üçün əsl müzakirə və ünsiyyət məkanı oldu.
📸 Bütün iştirakçılara təşəkkür edirik! Gələcək kitab klub görüşlərində sizi də aramızda görməkdən məmnun olarıq.
Yeni kitab seçimi və növbəti görüş tarixi üçün bizi izləməyə davam edin!