Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Süleyman Sani Axundov

Azərbaycan dramaturqu, nasir, maarif xadimi, Əmək Qəhrəmanı (1932) Süleyman Sani Axundov ədəbiyyatda həmsoyadı Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə "ikinci" mənasını daşıyan "sani" sözünü özünə ləqəb götürmüşdür.  Süleyman Sani Axundov 3 oktyabr 1875-ci ildə Şuşa şəhərində anadan olmuşdur.

3.80 AZN 4 AZN
Nurəddin
ədəd
3.80 AZN 4 AZN
Qaraca Qız
ədəd
2.76 AZN 3.45 AZN
Qorxulu nağıllar
ədəd
2.39 AZN 2.99 AZN
Qaraca qız
ədəd
6.17 AZN 6.50 AZN
Qaraca qız
ədəd

Suleyman_Sani_Akhundov.jpgSüleyman Sani Axundovun ilk yaradıcılıq əsəri "Tamahkar" komediyasıdır. O bu əsərini Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərinin təsiri ilə 1899-cu ildə yazmışdır.

1907-ci ildə qələmə aldığı "Dibdat bəy", "Türk birliyi" adlı komediyaları ilə Azərbaycan teatr səhnəsinə siyasi-ictimai mövzu gətirmişdir. "Laçın yuvası", "Qaranlıqdan işığa", "Şahsənəm və Gülpəri", "Səadət zəhmətdədir", "Molla Nəsrəddin Bakıda", "Eşq və intiqam" və s. pyeslərin müəllifidir.

Süleyman Sani Axundov həm də orijinal nasirdir. "Qonaqlıq" (1905), "Kövkəbi-hürriyyət" (1905), "Yuxu" (1905) onun ilk hekayələridir. O bu klassik əsərlərini 1905-ci il inqilabının təsiri ilə yazmışdır. Yazıçı "Tutuquşu" (1909) hekayəsində də aktual məsələyə toxunmuşdur. Ədib təxminən bir səhifə həcmində olan bu hekayəsində təqlidçiləri, ana dilinə xor baxanları tutuquşunun simasında ifşa etmişdir. Süleyman Sani Axundovun yazdığı "Qan bulağı" (1923), "Ümid çırağı" (1923), "Cəhalət qurbanı (1923), "Nə üçün" (1925), "Təbrik" (1925), "Sona xala" (1926), "Namus" (1926), "Mister Qreyin köpəyi" (1927), "Son ümid" (1927), "İki dost, iki düşmən" (1927), "Gənc maşinistka və qoca yazıçı" (1935) hekayələri Azərbaycan nəsrinin qiymətli nümunələrindəndir. XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında da onun böyük xidməti vardır. Ədib "Qorxulu nağıllar" (1912–1914) başlığı altında yazdığı "Əhməd və Məleykə", "Abbas və Zeynəb", "Nurəddin", "Qaraca qız", "Əşrəf" ilə Azərbaycan uşaq ədəbiyyatında forma, məzmun, üslub yenilikləri gətirmişdir.

Süleyman Sani Axundov 29 mart 1939-cu ildə, 63 yaşında vəfat etmişdir.

Süleyman Sani Axundovun kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.