İnsanın ilk yuvası ana qucağıdır. Orada özünə yer tapa bilməyən heç yerdə, heç kimdə tapa bilməz. Buna görə bəzilərinin məskəni olsa da, yuvası olmur. Həyatı boyu “evim” deyəcəyi yeri axtarır. O nə yaşayır-yaşasın, yenə də ana qucağına, ata ocağına can atmağa məhkumdur. Yara harada açılıbsa, orada da sağalacaq. Hər kəs nə qədər uzaqlaşsa da, gün başa çatanda evinə qayıtmaq istəyir.
Məhsulun kodu:9789952387759
Janr:
Psixologiya
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Tuba Karacan
Səhifə sayı:
272
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər5
Tuba Karacanın bundan başqa da bir kitabını oxumuşam. Maraqlı yazır. Ona vaxt ayırmağa dəyər!
Ali və Nino mağazasında çalışan kuryerlərin xidmətindən çox məmnunam. Sifarişim hər dəfə vaxtında çatdırılır. Bu gün də kitabımı təhvil alana qədər heç bir problem yaşamadım. Sağ olun!
Psixoloji kitabları oxumağı sevirəm. Bu kitabında mənə adı maraqlı gəldi deyə aldım. Oxuduqca ise çox bəyəndim. Müəllifin yanaşması çox ilhamvericidir. Kitabda həyatımı müsbət yönə dəyişmək üçün lazımi məsləhətlər var.
Tuba Karacanın "Hər həs evinə qayıtmaq istəyər" kitabı mənim son dövrlərdə oxuduğum ən təsirli kitablardan oldub. Dramatizmin və psoxologiyanın incəliklərini çox real şəkildə qələmə alıb, Karacan. Oxuyarkən bir çox "nədən?" suallarıma cavab tapdım. Sizədə məsləhət görürəm, bir gün mütləq ozuyun bu kitabı.
şərhlər5