Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Haruki Murakami

Müasir yapon yazıçısı və tərcüməçi Haruki Murakami 12 yanvar 1949-cu ildə Kyoto şəhərində dünyaya gəlmişdir. 

İrəli
Страница:

Murakami_Haruki_(2009).jpgFəlsəfə-psixologiya janrının banilərindən sayılan Haruki Murakami 20-ci əsr ədəbiyatında özünü doğrultmağı tam anlamında bacarmışdır. İlk əsəri olan "Pinbol-1973" 1985-ci ildə işıq üzü görmüş və Murakaminin vizit kartı olaraq müasir ədəbiyyat mühitində yazıçının adını tarixə yazmışdır.

Yazıçının "Norveç Meşəsi" əsərində, Murakaminin həyat yolu, xüsusilə də tələbəlik dönəmi qiyabi olaraq təsvir olunur. Bu dönəmdə yazıçının keçirdiyi hisslər, yaşadığı haqqsızlıqlar, cəmiyyətin əyri-əksiklikləri açıq-aydın göstərilir. Təsadüfi deyil ki, Murakamiyə ən böyük şöhrəti də elə məhz bu əsər gətirmişdir. 

Murakaminin əsərlərini oxuyarkən oxucu, muasir və klassik musiqi, tarix, fəlsəfə, coğrafiya, müassir incəsənət növləri və digər sahələrdə biliklərini, dünyagörüşünü genişləndirmiş olur. "Kafka sahildə" əsərində Murakaminin boyük musiqi vurğunu olması aydın görünür. Ümumiyyətlə qeyd etmək olar ki, yazıçının əksəriyyət təşkil edən əsərlərində, xüsusilə də "Kəsəyən" trilogiyasına daxil olan əsərlərinin qəhrəmanları musiqi və kitab aşiqidirlər.

Hazırda Haruki Murakami ABŞ-ın bir çox mötəbər universitetlərində muhazirələrlə çıxış edir və dünya oxucularına öz töhfələrini verməkdə davam edir. 

 Haruki Murakaminin kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.