Napoleon Hil
Napoleon Hill -Amerikalı yazıçı və müasir fərdi-müvəffəqiyyət nəşr növünün ilk yazıçılarındandır. Ən məşhur əsəri "Düşün və Varlan" (ing. Think and Grow Rich) bütün zamanların ən çox satılan kitablarından biridir.
13 yaşında olarkən qəsəbə qəzeti "Mountain Reporter"də məqalə yazmağa başlayır. Hüquq oxumaq istədiyinə görə müxbirliyə başlasada iqtisadi səbəblərdən fikrini dəyişir. Sənaye manatı və dövrünün ən zəngin insanlarından biri olan Andrew Carnegie-dən aldığı müsahibə Napoleonun karyerasında dönüş nöqtəsi oldu.
Bundan sonra Napoleonun 500 uğurlu və çoxu milyonçu olan kişi və qadınla uğurlarının formulunu kəşf etmək və çap etmək üçün görüşlər keçirdi. Napoleonun araşdırmasında görüşdüyü məşhur insanlar arasında Thomas Edison, Alexander Graham Bell, George Eastman, Henry Ford, Elmer Gates, John D. Rockefeller, Charles M. Schwab, F. W. Woolworth, William Wrigley Jr., John Wanamaker, William Jennings Bryan, Theodore Roosevelt, William H. Taft, Woodrow Wilson, Charles Allen Ward və Jennings Randolph yer alıbdır. Layihə 20 ildən uzun müddət davam elədi və 1928-ci ildə "The Law of Succes" adı ilə kitablaşdırıldı.
1937-ci ildə Napoleon uğur formulunun hələdə çapı davam elətdirilən və satılan "Think and Grow Rich" (Düşün və Varlan) kitabında izahını verdi.
Napoleon Hilin kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.