Kitab 1000 sualdan ibarət test şəklində tərtib edilmişdir. Sualların düzgün cavabları Qurani-Kərimə isnad edilərək verilmişdir. Burada məqsəd Qurani-Kərimi öyrədən elmi dərin şəkildə maraqlı və asan yolla insanlara çatdırmaqdır. Test üsulu ilə verilmiş sualların cavabını tapdıqca həm surə və ayələrlə bağlı biliyinizi yoxlayacaq, həm də bilmədiklərinizi öyrənəcəksiniz. Elə bu səbəbdəndir ki, sualların doğru cavabları kitabın sonunda təqdim edilmişdir. Müxtəlif başlıqlardan ibarət olmaqla suallar məzmununa görə bölmələrə ayrılmışdır.
comments1