Roman “Solmayan Nərgiz” adlanır. Bu, “Qürbət Zöhrəsi”, “Xocalı şikəstəsi” əsərlərindən sonra (hər iki roman Bakı ilə yanaşı, istedadlı türkiyəli yazar İmdad Avşarın çevirməsində İstanbulda da işıq üzü görmüşdür), qürbətdə yaşasa da, qəlbi daim Vətənlə birgə çırpınan yazıçının özünün dediyi kimi, müqəddəs mövzuda qələmə aldığı üçüncü irihəcmli yazıdır. Amansız düşmənin təcavüzündən inanılmaz əziyyət çəkən, yurdu zorla əlindən alınan, ən ekstremal vəziyyətlərdə belə fərdi, milli, tarixi ləyaqətini qorumağı bacarmış insanlardan danışan “Solmayan Nərgiz”ə, məncə, xoşbəxt roman deyilə bilər…
Same category
comments2