Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Məhəmməd Əmin Rəsulzadə

Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri (may-dekabr 1918) Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. 

11.99 AZN 14.99 AZN
Azərbaycan şairi Nizami
ədəd
5.59 AZN 6.99 AZN
İran yazıları
ədəd
6.17 AZN 6.50 AZN
Məktublar Şəfibəyçilik
ədəd
6.65 AZN 7 AZN
Məktublar Şəfibəyçilik
ədəd
6.65 AZN 7 AZN
Panturanizm haqqında
ədəd
6.65 AZN 7 AZN
Panturanizm haqqında, Qafqaz problemi ilə əlaqədar
ədəd
7.60 AZN 8 AZN
Qafqaz Xatirələri
ədəd
6.18 AZN 6.50 AZN
Azərbaycan Müstəqillik Üçün Mübarizə Yolunda
ədəd
11.40 AZN 12 AZN
Azərbaycan şairi Nizami
ədəd
4 AZN 5 AZN
Bakı və Azərbaycan tarixinə dair əsərlər
ədəd
7.60 AZN 8 AZN
Bir kərə yüksələn bayraq, bir daha enməz!
ədəd
3.04 AZN 3.80 AZN
Bir Türk Milliyyətçisinin Stalinlə İxtilal Xatirələri
ədəd
5.70 AZN 6 AZN
Çağdaş Azərbaycan tarixi və ədəbiyyatı
ədəd
3.19 AZN 3.99 AZN
Əsrimizin siyavuşu
ədəd
4.75 AZN 5 AZN
Əsrimizin Siyavuşu
ədəd
7.99 AZN 9.99 AZN
Məhəmməd Əmin Rəsulzadə Əsərləri (5-ci cild)
ədəd
12.39 AZN 15.49 AZN
Məhəmməd Əmin Rəsulzadə. ƏSƏRLƏRİ (Mühacirət dövrü), 2-ci cild
ədəd
7.60 AZN 8 AZN
Qafqaz Xatirələri
ədəd
7.60 AZN 8 AZN
Qafqaz xatirələri
ədəd
6.65 AZN 7 AZN
Stalinlə ixtilal xatirələri
ədəd

Mahammad_Amin_Rasulzade_7.jpg"Müxəmməs" adlı ilk əsəri "Şərqi Rus" qəzetində çap olunmuşdur. Ə.Rəsulzadənin Əli bəy Hüseynzadənin redaktor olduğu Fyuzat, həmçinin Əhməd bəy Ağayevin redaktorluğu ilə çıxan "İrşad" və "Tərəqqi" qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunmuşdur. Müəyyən müddət o "İrşad" qəzetinin müvəqqəti redaktoru da olmuşdur. 1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun "Türk-rus və rus-türk lüğəti" kitabının naşiri M.Ə.Rəsulzadə olmuşdur. Y

1908-ci il dekabrın 5-də Məhəmməd Əminin "Qaranlıqda işıqlar" pyesi tamaşaya qoyuldu. O, özünün bu əsəri ilə "Azərbaycana muxtariyyət" şüarı fikrini yaymağa başlamışdır. Onun bu pyesi Azərbaycanda milli-istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. Bu əsərdən başqa M.Ə.Rəsulzadənin həmin ildə yazdığı "Nagəhan bəla" adlı pyesi də vardır.

M.Ə.Rəsulzadə Türkiyədə olarkən "Yeni lisançılar və türkçülər" məqaləsini, Təbriz həyatından bəhs edən "Bir xan" adlı kiçik hekayəsini, "Dil - ictimai bir əməldir" yazısını "Şəlalə" jurnalında çap etdirir. 

Bundan başqa, o proletar ədibi M.Qorkinin "Ana" əsərindən bir parçanı Azərbaycan dilinə çevirib çap etdirir. Bu tərçümənin o illərdə Azərbaycan ədəbiyyatına müəyyən təsirini də inkar etmək olmaz. 1914-cü il sentyabrın 16-da şair, yazıçı və jurnalist Əliabbas Müznibin redaktorluğu ilə ayda iki dəfə nəşr edilən ədəbi-ictimai, iqtisadi, tarixi və siyasi jurnal olan "Dirilik"-in birinci nömrəsi çapdan çıxdı. M.Ə.Rəsulzadənin "Dirilik nədir?" adlı baş məqaləsi jurnalın ideya istiqamətini müəyyənləşdirirdi və xalqımızı milli oyanışa çağırırdı. O, bu jurnalın səhifələrində çap etdirdiyi "Milli dirilik" başlığı altındakı baş məqalələrdə "Azərbaycan qayəsini" yayırdı. Mirzə Davud Hüseynov 1927-ci ildə Tiflisdə, rus dilində çap olunmuş ""Müsavat" partiyası keçmişdə və bu gün" adlı kitabında yazır ki, guya "1917-ci ilə qədər Rəsulzadə üçün Qafqazın tərkibində Azərbaycanın mövcud olması ideyası yox idi. Azərbaycan adı altında o vaxt ancaq İran Azərbaycanı başa düşülürdü". Bu fikir özü-özülüyündə yanlış idi. Çünki Rəsulzadə 1911-ci ildə İstanbulda "Türk yurdu" jurnalında çap etdirdiyi "İran türkləri" məqaləsində Azərbaycan anlayışının həmçinin Qafqaz hissəsinə də aid olmasını qeyd etmişdir.

Onun "MAR", "MAR-zadə", "M.R-zadə" "Haman", "Sosialist" və s. kimi gizli imzalarla xeyli məqalələri müxtəlif dövrü mətbuatın səhifələrində çap olunmuşdur.

Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyərək əbədiyyətə qovuşmuşdur.

Məhəmməd Əmin Rəsulzadənin kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.