www.alinino.az internet mağazasına xoş gəlmisiniz!
Sifarişləri Bakıya, regionlara və dünya ölkələrinə çatdırırıq!
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.
.
M. Ağaoğlu 1982-ci ildə Neftçala rayonunda anadan olub. 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 2011-ci ildə “Görüş”, 2012-ci ildə “Küləyi dişləyən”, 2015-ci ildə isə “Bu gün səbr elə” adlı kitabı çap olunub. Hazırda Kulis.lent.az saytında redaktor vəzifəsində çalışır. Dövri mətbuatda, jurnallarda, elektron dərgilərdə bədii və publisistik məqalələri, hekayələri dərc olunur. “Alman malı” hekayələr toplusu Azərbaycan cəmiyyəti və insanının günümüz üçün aktual olan problemlərinə, şəxsiyyət kimi formalaşmasında maneələr yaradan faktorlara ironik yanaşması ilə səciyyələnir. Kitabda yer alan hekayələr əsasən son zamanlarda baş verən hadisələrlə bağlı olub gündəmdəki, məişət həyatımızdakı, ailədaxili münasibətlərimizdəki çatışmazlıqları gerçəkliyiylə göstərir. Bu rakursdan müəllifin hekayələri özünəməxsusluğu ilə seçilir..
Kateqoriyadan məhsullar
şərhlər0
şərhlər