"İslam təkcə kişilər deyil, bütün bəşəriyyətə xitab edən bir dindir. Üzdə patriarxal təəssüratı bağışlasa da, çox güclü qadın məzmununa malikdir. Bu məzmunun subyekti olan qadının çox-çox yüksək məqamına, ilahi yönünə qadın adı və əvəzliyi kontekstində işarə edilir. Allahın adlarındakı gözəllik, lütf, rəhmət və mərhəmət xüsusiyyətlərinin bir növ qadın əksetdirməsi var. İslamın qadın və kişinin müsbət rol ifa etdiyi situasiya ilə bağlı təsvir və təsəvvürdə də bu cəhət öz əksini tapır."
Same category
comments7