Stalin və məiyyətinin bu maraqlı bioqrafiyası sovet diktatoru, marksist rəhbəri və rus çarı ilə bağlı təsəvvürlərimizi büsbütün dəyişir. Saymon Sebaq Montefiore yeni araşdırması ilə bu gizli dünyadakı xof və xəyanətlərin, imtiyaz və özbaşınalıqların, ailə həyatlarının, amansızlığın, qaniçənliyin maraqlı təfərrüatlarını verir. Son dərəcə əlvan təhkiyə və boyalarla işlənmiş "Stalin: qırmızı çarın sarayı" əsəri müasir tarixşünaslığın ən gözəl nümunələrindəndir. Əsər Stalinin bir şəxsiyyət kimi təzadlı cəhətlərini, qəddarlığını dəqiq təsvir edən portretdir. O, Stalinin qazandığı uğurların, törətdiyi cinayətlərin onun fanatik marksist olması, güclü, lakin öcəşkən xarakteri ilə bağlılığını açıb göstərir.
Related products
Similar products
Same category
comments0
comments