Ötəmiş Hacının “Çingiznamə”si Qızıl Orda dövləti haqqında günümüzə qədər gəlib çatmış ən əsas mənbə hesab olunur. Əsər çağatayca, XVI əsrdə qələmə alınmışdır. Əsərdə Qızıl Orda dövlətinin hökmdarları, siyasi idarəetmə sistemi və sosial-mədəni vəziyyəti haqqında geniş bilgi verilmişdir.
Bu kitab vasitəsilə oxucular düşmənlərinin “xalqların cəlladı” adlandırdığı, dünyanın ən geniş ərazilərini fəth etmiş, tarixin gəlib keçmiş ən qəddar və prinsipial fatehi olmuş Çingiz Xan və onun hakimiyyətdə olmuş sülaləsini yaxından tanıya biləcəklər.
şərhlər0
şərhlər