“Dorian Qreyin portreti” – Oskar Uayldın ən qalmaqallı və uğurlu əsəri… Onun öz dili ilə desək, “Bir ruhun hekayəsi”!
Bu əsərin nəşr olunmasından 120 ilə yaxın bir vaxt keçsə də, hələ də oxucuları və rejissorları özünə cəlb edir. “Dorian Qreyin portreti” əsasında otuza qədər film çəkilib. Daim gözəl qalmaq üçün öz ruhunu şeytana satan bir gəncin faciəvi taleyindən bəhs edən əsər ingilis ədəbiyyatının şedevri sayılır. Əsər aforizmlərlə və fəlsəfi fikirlərlə zəngindir.
Dorian Qrey yaşca özündən böyük olan dostu lord Henrinin təsiri ilə heç bir sərhəd tanımayan prinsipsiz və pozğun bir gəncə çevrilir. O mənəviyyatını əbədi zahiri gözəlliyə dəyişir. Cismi dəyişilməz qalır, ruhu isə çürüyür.
Məhsulun kodu:2000923377911
Janr:
Klassika
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Bərk
Müəllif:
Oskar Uayld
Səhifə sayı:
216
Dil:
Azərbaycan
Seriya:
Qırmızı Klassika
Метка:
Ekspress
şərhlər3
Ali və Nino mağazanızın, online xidməti çox yüksək səviyyədədir. Sifariş etdiyim kitablar vaxtında və problemsiz çatdırıldı. Təşəkkürlər.
Maraqlı əsərdir. Mən özüm oxudum, indidə yoldaşım oxuyur.
Mağazanin xidmətlərindən çox razı qaldım. Məhsullar həm keyfiyyətli, həm də pulsuz çatdırılır. Mən özümə kitab, uşaqlarada oyuncaq zakaz vermişdim. Ümumi məbləğ 30 manatsan artığ olduğuna görə çatdırılmanı pulsuz etdilər.
şərhlər3