Ваша корзина пуста
Издательство: Qanun Nəşriyyatı
Автор: Elias Kanetti
При заказе свыше 20 манат доставка по Баку бесплатна!
ISBN: 9789952361933
Elias Kanettinin 30 illik zəhmətinin bəhrəsi olan “Kütlə və Hakimiyyət” sosioloji, antropoloji, psixoloji və s. cəhətlərə toxunan, amma bunlarla məhdudlaşmayan bənzərsiz bir əsər kimi tanınır.

Kanetti bu kitabında “kütlə” və “iqtidar”ın bir-birlərinə tə­si­rindən, insanlar arasında “əmr” və “itaət” əlaqəsinin necə for­malaşmasından bəhs edir.

İkinci Dünya müharibəsinin şahidi olmuş Kanettiyə görə kütlə “dağıdıcı”, iqtidar “öldürücüdür”. İnsan “iqtidar” istəyi ilə Tanrının qiyamət və dəhşət təhdidini oğurlamışdır. Ölümə qarşı müqavimət göstərməyin yolu isə əmrlərdən boyun qaçırmaq və yaratmaqdır. Kanetti “Düşünmək israr etməkdir” deyərək, “Kütlə və Hakimiyyət”i qələmə aldığı 30 il ərzində bu əsəri kölgələyəcək ölçüdə başqa bir əsər yazmadı. Çox sayda araşdırmaya və hər il Vyanada keçirilən bir simpoziumun mövzusu olan bu kitabdan sonra insan təbiətinin kütlə və iqtidarla əlaqəsini bu qədər əhatə edən başqa bir əsər də yazılmadı. Beləcə, “Kütlə və Hakimiyyət” zamana qarşı dirənən insanı anlamaq üçün misilsiz qaynaqlardan biridir.

Bunu dərk etmənin bəxtiyarlığını hiss etmək istəyənlər üçün… “Kütlə və Hakimiyyət!”


Код товара: 24235
Издательство: Qanun Nəşriyyatı
Переплёт: bərk
Автор: Elias Kanetti

комментарии0

комментарии

Купить в один клик (Только для заказов по Баку)