www.alinino.az internet mağazasına xoş gəlmisiniz!
Sifarişləri Bakıya, regionlara və dünya ölkələrinə çatdırırıq!
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.
.
Ferdinand rəssamdır, müharibəyə görə ölkəsini tərk edərək İsveçrəyə sığınıb. Bu sakit, qansız-qadasız ölkənin füsunkar təbiətində öz yoldaşı, palitra və fırçası ilə xoşbəxt həyatını sürür. Qəfil bir gün eyvanda poçtalyonun onların evinə tərəf gəldiyini görür. Bütün bədəninə əsməcə düşür. Bəli, qorxduğu başına gəlir – müharibəyə aparılmaq üçün yenidən tibbi müayinədən keçməyə dəvət olunur. Ferdinand dilemma qarşısında qalır: əqidəsinə sadiq qalıb müharibəyə getməsin, yoxsa iradəsinin əksinə davranaraq vətənini bu dar günündə tək qoymasın? Yoldaşı Paula da bir qadın dəyanəti ilə onu müharibəyə getməkdən çəkindirir, öz azadlığını əldən verməməsini istəyir. Bu isə Ferdinandı daha da çətin vəziyyətə salır. Qatı müharibə əleyhdarı olan Svayq “Məcburiyyət” novellasında bir daha mücərrəd, qarmaqarışıq insan psixologiyasını sərrast, ekspressiv cümlələrlə ifadə edərək onu kağız üzərində təcəssüm elətdirir.
Yanaşı məhsullar
Oxşar məhsullar
Kateqoriyadan məhsullar
şərhlər1