Издательство: Qanun Nəşriyyatı
Автор: Roza Zərgərli
При заказе свыше 20 манат доставка по Баку бесплатна!
ISBN: 9789952361995
Onu dinləyən və çözələdiyi xatirələri qələmə almağa çalışan mənim üçün bu kifayət qədər maraqlı bir həyat hekayəsi idi. Zənn edirəm ki, sənin üçün də maraqlı olacaq, əziz oxucu. Mən isə bu hekayənin sonuna üç nöqtə qoyuram. Hələ heç nə bitməyib. Uzaq üfüqlərdə çox şeylər görünür. Hələ çox şeylər yaşanacaq. Çox ümidlər bəzən doğrulacaq, bəzən qırılacaq. Arzular da bəzən gerçək, bəzən də elə arzu olaraq qalacaq. Amma mənim aləmimdə o öz hekayəsinin ən gözəl sə­hifəsini artıq yazıb. Qazandığı bütün yüksək mərtəbələrdən ən yük­səkdə qadının, sadəcə, qadın xoşbəxtliyi və səadəti durur. Yalnız bu mərtəbənin fəthindən sonra o özünə “mən xoşbəxt qadınam” deyə bilər. Bu xoşbəxtlik və səadətin kökündə isə, sadəcə, iki şərt dayanır. Bir qadın yalnız sevildiyinə inananda və bir də ana olmaq səadətini yaxalayanda xoşbəxtdir! O sevilib və sevilir… Analıq səadətini də Tanrı ona yaşadıb. Ən başlıcası və daha müqəddəsi isə iki yavruya isti yuva bəxş edib və bundan sonra hələ neçə belə yuva qurmaq niyyətindədi… Bir Sibir çiçəyinin qəlbindəki buzları yalnız bu sevgi əridə bilər…
Код товара: 24216
Жанр: Современная проза/Muasir nəsr
Издательство: Qanun Nəşriyyatı
Переплёт: bərk
Автор: Roza Zərgərli

комментарии0

комментарии

Купить в один клик (Только для заказов по Баку)